Hondurasda keçirilmiş bir etiraz aksiyasında çəkilmiş fotodan tutmuş Banksy-nin doğranmış tablosuna qədər qədər 2018-ci ildə dünyanı şok edən, ilham verən və sosial mediada populyarlaşmış fotoşəkilləri topladıq.Yatmaq sənətiHondurasın Tegucigalpa küçələrindən birində yanvar ayında çəkilən bir fotoda, prezident Juan Orlando Hernandezin yenidən seçilməsinə etiraz olaraq, polis kordonunun qarşısında yerə uzanmış bir gənc qadın görünür. Foto bu etiraz hərəkatının rəmzinə çevrilmişdi.Van GoghYuxarıdakı fotonu van Gogh-un bir əsəri ilə müqayisə etmək olar. 1890-cı ildə məşhur rəssam Vincent van Gogh bu əsərində çöldə, saman üstündə yatan fermerləri təsvir edib.Rentgen cihazına girən çinli qadınRentgen üslubuÇinin cənubunda, Dongguan dəmiryol stansiyasında bir qadın təhlükəsizlik yoxlaması zamanı çantasının rentgen cihazında itdiyini görərək həmin cihazın hərəkət edən zolağına dırmanır. Foto fevral ayında sosial mediada populyar olub.Qədim rəsmlərBu foto isə Avstraliyanın Ubir bölgəsində çəkilib. Fotoda görünən rəsm minlərlə il bundan əvvəl yerli aborigenlər tərəfindən yaradılıb. Arxeoloqlar bu rəsmin "rentgen üslubunda" çəkildiyini qeyd edirlər.SpaceXFevral ayında Elon Musk-ın SpaceX şirkəti fəzaya dünyanın ən güclü Falcon Heavy raketini göndərib. Həmin raket Musk-ın 2008-ci il buraxılışı olan Tesla Roadster idman avtomobilini də özüylə kosmosa daşıyıb. Avtomobildə sükan arxasında maneken olub.NBA James HardenNBA basketbolçusuAprel ayında Houston Rockets basketbol komandasının oyunçucu James Harden tarazlığını itirərək tamaşaçıların üstünə yıxılıb. Hadisə Minnesotada keçən bir basketbol matçında baş verib. Basketbolçunun düşdüyü vəziyyətin təsviri İntibah dövrünə aid olan bədii əsərlərdəki səhnələri xatırladır.Rafael-in əsəriRaphael-in "Transfiqurasiya" adlı bu tablosunda olduğu kimi...HavayMayın 5-də Havayda son 40 ilin ən güclü zəlzələsi baş verib, Kilauea adlı vulkan püskürüb.VezuviBu isə 18-ci əsrdə ingilis rəsamı Joseph Wright-ın İtaliyada Vezuvi vulkanının püskürməsini təsvir edən tablosudur.leylək plastik torbalarPlastik torbaya bürünmüş leyləkMay ayında National Geographic-in təşəbbüsü ilə başlanmış plastik tullantılara qarşı kampaniya çərivəsində çəkilən bu şəkildə plastik torbaya bürünmüş leylək quşu lentə alınıb.tabloBu görüntü, məşhur ingilis rəssamı Joseph Wright-ın 'Hava pompasında quş üzərində təcrübə" tablosunu xatırladır.G7 zirvəsiG7 zirvəsiBu foto iyun ayında G7 sammitində çəkilib. Bu şəkil ABŞ prezidenti Donald Trump ilə onun NATO müttəfiqləri arasındakı münasibətlərin nə vəziyyətdə olduğunu işıq salmış olur.2018-ci ilin yadda qalan 12 foto və sənət əsəri - FOTOBu görüntü, hollandiyalı rəssam Hieronymus Bosch-un "Hoqqabaz" tablosunu xatırladır.Belçikalı Vincent Kompany və Yapon qapıçısı Eiji KawashimaRusiyada keçirilmiş Dünya Kuboku matçlarından birində Yaponiya millisinin qapıçısı Belçika komandasının oyunçusu Vincent Kompany-nin havada vuruşunu əngəlləməyə çalışır.John Singletonun tablosuPetr David Josek-in çəkdiyi bu foto İsa Məsihin çarmıxa çəkiləndən sonra göylərə qalxdığını təsvir edən tablonu yada salır.Amerika bayrağıYarıyadək endirilən bayraqAvqust ayında ABŞ-da senator John McCain-in vəfat etməsilə bağlı Ağ Evdə dövlət bayrağı yarıyadək endirilib, sonra qaldırılıb və daha sonra yenə də endirilmişdi. Bu hərəkətlər prezident Trump-ın qarışıq göstərişlərinin rəmzi kimi yozuldu.Emanuel Leutze-nin tablosuABŞ bayrağı sənət əsərlərində də müxtəlif vəziyyətlərdə əks olunub.FələstinliFələstinli nümayişçiBu fotoda bir əlində Fələstin bayrağı, digər əlində isə sapand olan fələstinli nümayişçi əks olunub.Özgürlük - DelacroixHəmin fotoşəkil Delacroix-un "Xalqa yol göstərən Azadlıq" tablosuna bənzədilir. Amma bu foto, eyni zamanda, qədim assuriyalıların daş lövhələrdə çəkdikləri sapandçı görüntülərini də xatırladır.Engineered ArtsRobotun sazlanmasıEngineered Arts adlı şirkətin hazırladığı robotun kəlləsində quraşdırılmış elektron birləşmələrinin yoxlanması zamanı çəkilmiş foto.Bu foto əfsanələrdə bəhs edilən qədim Kipr heykəltaraşı Pygmalion-u xatırladır.Pygmalion və Galetea heykəliPygmalion və Galetea heykəli - heykəlin müəllifi Rodin-dir.Əfsanəyə görə, heykəltaraş özünün yaratdığı qadın heykəlinə vurulur, bundan sonra isə həmin heykəl canlanaraq qadına çevrilir.BanksyBanksy-nindoğranan rəsmiKüçə rəsmləri ilə məşhurlaşmış ingilis rəssamı Banksy-nin "Şarlı qız" əsəri hərracda 1,2 milyon avroya satıldığı elan olunduqdan dərhal sonra öz-özünə doğranır. Doğrayıcı alət şəklin çərçivəsində gizlədilmiş idi. Doğranmış rəsm isə yeni bir əsərə çevrilib: "Zibillikdə eşq".Doğranmış tablo Maurits Cornelis Escher-in "Bond of Union" əsərini xatırladır.Milli.Az