Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamını ürəyindən güllələyib öldürməkdə təqsirləndirilən 27 yaşlı Tural Əlizadə, onun atası, 1959-cu il təvəllüdlü Zakir Əlizadə və bu cinayətlə bağlı xuliqanlıqda ittiham edilən 1976-ci il təvəllüdlü Babək Quliyevə hökm oxunub.

Hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Z. Əlizadə 18 il, oğlu T. Əlizadə isə 17 il müddətinə azadlıqdan məhrum edilib. B. Quliyevin isə 2 il müddətinə islah işlərinə cəlb olunmasına qərar verilib.

Z.Əlizadə bundan əvvəl 3 dəfə məhkumluq həyatı yaşayıb. O, bir dəfə adam öldürməyə görə 9 il məhbus həyatı yaşadığını deyib. Onun oğlu Zakir indi həm qətldə, həm də xuliqanlıqda ittiham edilir.

1991-ci il təvəllüdlü Tural Əlizadənin iki azyaşlı övladının olduğu, əvvəl məhkum olunmadığı qeyd olunub. B.Quliyev həbs edilməyib, azadlıqdadır.

İttihama görə, hadisə 2016-cı il oktyabr ayında Abşeron rayonunun Qobu qəsəbəsində baş verib. Tural Zakir oğlu Əlizadə iş adamı, 1975-ci il təvvəlüdlü Abbasov Rövşən Rafiq oğlu "Vinçester" markalı silahla qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, R.Abbasovla əvvəlcədən ədavəti olub.

Daha sonra T.Əlizadə R.Abbasovun ayağını güllə ilə yaralayıb. O, üçüncü gülləni R.Abbasovun ürək nahiyəsinə vurub.(Qafqazinfo)