"Report" klubun "Twitter" sosial şəbəkəsindəki səhifəsinə istinadən xəbər verir ki, Serjiu Konseysaunun rəhbərlik etdiyi kollektiv buna Liqa Kubokunun qrup mərhələsində "Belenensiş"i 2:1 hesabı ilə məğlub etdiyi matçda nail olub.
Bu, komandanın bütün turnirlər daxil olmaqla ard-arda qazandığı 16-cı qələbədir.
Qeyd edək ki, "Portu" 14 turdan sonra Portuqaliya çempionatında 36 xal toplayaraq ilk pillədə qərarlaşıb.