“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib.
Bildirilib ki, "Neft Daşları" yatağındakı 61 saylı quyu 1952-ci ildən fasiləsiz işləyir və dənizdə ən uzunömürlü quyudur. Bugünə kimi quyudan 205 min tona yaxın neft çıxarılıb. Quyu hazırda gündəlik 5 ton neft hasil edir