Estoniyanın paytaxtı Tallində bir neçə təyyarə güclü külək və pis görüntü səbəbindən eniş edə bilməyib.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Tallin şəhərinin hava limanının mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Kopenhagendən gələn "SAS" aviaşirkətinə məxsus təyyarə eniş edə bilməyib Kopenhagenə qayıdıb. Bundan əlavə, "Air Baltic" aviaşirkətinin Riqadan və Berlindən uçan təyyarələri Riqada eniş etdilər".

Əlavə edilib ki, Vilnüs və Stokholmdan reyslər təxirə salınıb, bir neçə reys isə gecikir.