Azərbaycan Ordusu Qarabağa gedən bütün əsas yolları
nəzarətdə saxlayır.
Publika.az xəbər verir ki, bu barədə keçmiş erməni
kəşfiyyatçı, hərbi ekspert Vova Vartanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan istiqamətində uğurlu
əməliyyatlar həyata keçirərək, buna nail oldu: “Ermənistan ordusu
son dövrlər hərbi istiqamətdə heç bir uğur əldə edə bilməyib.
Silahlanma lazımi səviyyədə deyil, ötən il Su-30CM təyyarələrinin
alınacağı haqqınbda xəbərlər yayılsa da, reallıqda heç nə yoxdur.
Mən əvvəldən xəbərdarlıq etmişdim ki, Azərbaycan Qarabağa gedən
yolları nəzarət altına alacaq. Mənə dedilər ki, təşviş yaratma.
Amma nəticədə bu baş verdi və Azərbaycan uğurlu əməliyyatlarla bizi
İranla bağlayan, Qarabağ üçün əsas nəfəslik rolunu oynayan
dövlətlərarası yolu nəzarətə götürdülər. Lakin bu, son deyil”.
V. Vartanov bildirib ki, Azərbaycanın hədəfi Qarabağı xarici
dünyadan tamamilə təcrid etməkdir.
“Buna nail olmaq üçün Azərbaycan Ordusunun növbəti hədəfi
Geqarkunik rayonu olacaq”, - deyə o bildirib.
Asif