Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda partlayış baş verib.
Publika.az xəbər verir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.
Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.
Polisin verdiyi məlumata əsasən, partlayışa səbəb zavoddakı qurğulardan birində yerləşən nasazlıq olub.