Hindistanın paytaxtı Yeni Dehlidə ventilyator pərlərinin istehsalı zavodunda baş verən partlayış nəticəsində 6 nəfər ölüb.Trend-in "NDTV"yə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 8 nəfər yaralanıb. Xəsarət alanların vəziyyəti ağırdır.Qeyd olunur ki, dağıntılar altında daha 8 nəfər qala bilər.Polisin verdiyi məlumata əsasən, partlayışa səbəb zavoddakı qurğulardan birində yerləşən nasazlıq olub. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyirlər. Araşdırma aparılır.Milli.Az