“Yeni ilin ASAN Həyat Yarmarkası"ndan fotoreportaj - FOTOLAR

28 dekabr 2018-ci il tarixindən 5 yanvar 2019-cu il tarixinədək Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Quba “ASAN Həyat” kompleksində “Yeni ilin ASAN Həyat Yarmarkası” təşkil olunub.

Metbuat.az-ın məlumatına görə, yarmarkanın əsas məqsədi regionun sosial mədəni həyatına, bayram əhval-ruhiyyəsinin artırılmasına töhfə vermək, asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Yarmarkada müxtəlif yerli şirkətlərin məhsullarının satışı həyata keçirilir, həmçinin burada xidmət göstərən "ABAD" Food truck-larında "ABAD"-çıların əl işləri sərgilənir.

"ASAN Həyat" Kompleksiləri ilə iş şöbəsinin rəhbəri İlqar Vahabov deyir ki, tədbirlərimizi silsilə şəklində davam etdirəcəyik: "Burada məqsəd Qubanın kiçik və orta sahibkarlıq məhsullarının tanıtımıdır. Qubaya yerli və xarici turistlər səfər edir. Onların yarmarkada da iştirakı təmin olunub. Xarici turistlər bunu maraqla qarşılayır. Kiçik və orta sahibkarlar öz məhsullarını rahat şəkildə təqdim edə bilirlər. Növbəti bayramlarda da bölgələrimizdə belə yarmarkalar təşkil olunacaq. Yarmarkada əsasən Səudiyyə Ərəbistanından, Küveytdən olan turistlər iştirak edib və onlarla fikir mübadiləsi aparmışıq. Rusiya və İrandan da qonaqlarımız olub. Dekabrın 30-da bayram konsertimiz olub. Həmin konsertə 1000-dən çox yerli sakin qatılıb".

Şirniyyat satan Mirzağa Mirzəyev deyir ki, turistlər ən çox paxlava çeşidləri və "ASAN" sözü yazılan tortları alırlar: "Turistlər də böyük maraq göstərirlər, ən çox maraq göstərən turistlər isə ərəblərdir". M.Mirzəyev deyir ki, Quba çörəklərinə də maraq böyükdür.

Satıcı Şıxseyid İsbatov isə deyir ki, həm yerli əhali, həm də turistlər böyük maraq göstərirlər: "Turistlər ən çox Səudiyyə Ərəbistanı və İrandandır. "ABAD"ın təxminən 200-ə yaxın əl işi satışa çıxarılıb ki, onun da 50-dən çoxu artıq satılıb. Qiymətlər isə 5 manatdan 81 manata qədər dəyişir. Ən çox maraq göstərilən əl işləri isə tar, kaman və qaval dəstləri və üzəri əl işləri ilə bəzədilən stəkan-nəlbəki dəstləridir.

Qeyd edək ki, "ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.

Günay Elşadqızı

Müzəffər İsmayılov

Quba / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR