Qripdən qoruyan sadə

Soyuq qış günlərində qripdən qorunmaq istəyirsinizsə sadəcə 2 materialdan hazırlanan sadə reseptdən istifadə edə bilərsiniz.

Metbuat.az bildirir ki, mütəxəssislərə görə, soyuqdəymə və qripdən qorunmaq üçün xəstə olmağı gözləmək lazım deyil. Bakteriyaların inkişaf etməsinə fürsət vermədən onları yox etmək gümrah qalmanıza kömək edəcək.

İmmunitet sisteminin güclü olması olduqca əhəmiyyətlidir. Boğazınızda yanma hiss etdiyiniz an və ya ətrafınızda xəstə olanlar varsa bədənizin qüvvəyə ehtiyacı olacaq. Bunun üçün iki materialdan ibarət bu kürü hazırlamaq lazımdır.

Bunun üçün bir çay qaşığı çörəkotu və bir xörək qaşığı şabalıd balını qarışdırın. Davamlı şəkildə 2 ay müddətində istifadə etdikdə bu sadə qarışım sağlamlığınızı qoruyacaq.

Qarışım hazırlanarkən balın təbii olması vacibdir. İstifadə etməzdən öncə həkimlə məsləhətləşməyi unutmayın.

bal


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR