"Report" xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.
Məhkəmənin hazırlıq iclası yanvarın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il sentyabrın 8-nə keçən gecə Sabunçu rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə kirayədə yaşayan Tərtər rayon sakini Əlibala Ağalarov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Sabunçu Rayon Polis idarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini M.Zalov saxlanılıb.