Xalq artisti Brilliant Dadaşova müğənni Nura Surinin
reperturarına müraciət edib.
Publika.az xəbər verir ki, bu barədə Nuri Suri instaqram
hesabında məlumat verib.
"Sənətini və özünü sevdiyim, Azərbaycanın Xalq artisti, sənətkar
Brilliant Dadaşova mənim ifamda eşitdiyiniz "Brilliantlar"
mahnısını özünəməxsus tərzdə ifa edib. Bu, onda çox gözəl alınıb və
yaraşıb. Sizin də sevəcəyinizə əminəm", - deyə Nura yazıb.
Dadaşova isə "Sən bu mahnını oxuyanda deyirəm ki, Nura bu mahnını
mənim üçün oxuyur", - deyə şərh yazıb.
Qeyd edək ki, bəstənin müəllifi Murad Aridir.