Bakı. Trend:

Yəmənin cənubunda güclü partlayış baş verib.

Trend-in məlumatına görə, Abyan vilayətində bazarda əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində 2 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Vilayətin yerli idarə orqanı bildirib ki, partlayış təhlükəsizlik əməkdaşı Əl-Maxfad şəhərinin mərkəzindəki bazarda olarkən baş verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin