Bakı. Trend:

Almaniyanımn bir neçə hava limanında təhlükəszlik xidmət əməkdaşlarının tətili ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.

Trend-in məlumatına görə, tətillər Ştutqart, Düsseldorf və Köln aerportlarında başlayıb.

Qeyd olunur ki, Düsseldorfda 350, Kölndə 130 reys təxirə salınıb. Ştutqartda isə 500-ə yaxın reysin ləngiyəcəyi bildirilir.

Bildirilir ki, tətil bu gün gecəyarısınadək davam edəcək və ümumilikdə 110 minə yaxın sərnişinə təsir edəcək.

Tətil keçirən təhlükəsizlik əməkdaşlarının tələbi əməkhaqqının artırılmasıdır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin