Bakı. Trend:

Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub.

Trend-in məlumatına görə, hücum husi üsyançılarına məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

Qeyd olunur ki, hücum zamanı əl-Anad hərbi bazasında hərbi parad keçirilirmiş.

Hücum nəticəsində bir neçə hərbçi və məmur, o cümlədən Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, hərbi kəşfiyyat rəhbəri, hərbi polis rəisi və əyalət qubernatoru yaralanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin