Sumqayıtda ər hamilə arvadına dəhşətli işgəncə verdi

Sumqayıtda hamilə qadın əri tərəfindən möhkəm döyülüb.

Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 13-cü mikrorayonunda baş verib.

Belə ki, kirayədə yaşayan, Arzu Hüseynova əri 28 yaşlı Fuad Hüseynov tərəfindən möhkəm döyülüb. Daha sonra kişi qadının əl və qol nahiyələrini şüşə parçası ilə kəsib. Qadın aldığı xəsarətlərdən huşunu itirib. Hadisəni törədən ər evdən xanımına məxsus qızılları da götürərək qaçıb.

Hadisə yerinə dərhal Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları cəlb edilib. Zərərçəkmiş Arzu Hüseynovanın ərizəsi qəbul edilib və ona ekspertiza təyin edilib.

Qeyd edək ki, A.Hüseynova 5 aylıq hamilədir.

Faktla bağlı araşdırma aparılır.

Bu günə olan HAVA PROQNOZU - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR