Rusiya Bankı bu il üçün inflyasiya proqnozunu açıqlayıb
Paylaş
63 baxış·1 dəq oxu
Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) bu il ölkədə inflyasiyanın 5-5,5% səviyyəsində olacağını proqnozlaşdırır. “Report” bu barədə nəzarət orqanına istinadən xəbər verir. Qeyd edək ki, Rusiya Federal Statistika Xidmətinin məlumatına görə, ötən il qonşu ölkədə orta illik inflyasiya 2 dəfə artaraq 2,5%-dən 4,3%-ə yüksəlib.