Katarina Byorlin Hansen Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Cənubi Qafqaz üzrə regional direktoru təyin olunub.Milli.Az xəbər verir ki, bu barədə Trend-ə bankın yerli nümayəndəliyindən deyiblər.Qeyd olunub ki, o, bu vəzifədə Bruno Balvaneranı əvəz edəcək. B.Balvanera öz növbəsində AYİB-in Mərkəzi Asiya üzrə idarəedici direktoru təyin olunub.K.B.Hansen bankın Azərbaycan, Gürcüstan və Ermənistandakı fəaliyyətinə rəhbərlik edəcək və bu ölkələrin iqtisadiyyatlarının inkişafına investisiyalar, kiçik biznesə məsləhətlər və islahatlara dəstək vasitəsilə yardım edəcək.Milli.Az