Saatlı rayonunda azyaşlı su kanalında boğulub.

Metbuat.az-ın trend.az-a istinadən verdiyi məlumata görə, hadisə Saatlı rayonunun Fətəlikənd kəndində baş verib.

Kənd sakini, 2015-ci il təvəllüdlü Vidadi Fətəliyev yanvarın 13-də axşam saatlarında evin yaxınlığındakı su kanalının kənarında gəzərkən ehtiyatsızlıqdan kanala yıxılıb.

Azyaşlı hadisə yerində boğulub ölüb.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda araşdırma aparılır.