"Vüqar dedi ki, meyxanaçılar kənara çəkiliblər. Meyxananı elə birinci pis günə qoyan Vüqar olub. Ədalətlə gedib duet oxuyanda düz idi, indi kimsə başqasıyla duet oxuyanda pis olur? İndi pulun qurtarıb, bilmirsən ki, necə çaxnaşma yaradasan. İndi hərə özününkünü ortalığa çəkir, amma mən sadə həyat sürürəm, hər zaman da camaatın içindəyəm. Mən varlıların yox, kasıbların şairiyəm. İstəmirəm ki, kimsə fikrimi arxada danışmaq, yaxud paxıllıq kimi qəbul etsin. Özləri də etiraf edirlər ki, Rəhman meyxana deyəndə çoxları yox idi. Bunu hansı meyxanaçı etiraf etmirsə, deməli, vicdanı yoxdur. Pis də olsa, yaxşı da olsa, demişəm. Nizami Rəmziylə, Molla Məmmədlə, Dağlı Tahirlə aylarla Masallıda-İstisuda qardaşlıq edəndə bunlar harada idi? İndi çıxıb deyirlər ki, Nizami Rəmzi ustadımızdır. O vaxt mən də uşaq idim. Sadəcə, efirdə nə deyirsənsə, xalq da o cür qəbul edir. Nizami Rəmzi, Ağasəlim Çıldağ, Molla Məmməd kimi sənətkarlarla kasetlərim var. Dediklərimi Masallının ağsaqqalları da təsdiq edə bilərlər". "Bir müddət əvvəl yazmışdılar ki, ermənilər meyxananı öz adlarına çıxmaq istəyirlər. Yazdım ki, nəinki erməni, heç bir millət bu sənəti öz adına çıxa bilməz. Əgər biz sənətimizi pulla satmasaq, ermənilər heç vaxt meyxanaya yiyə dura bilməzlər. Allahdan başqa heç kimdən qorxmuram. Bu sənətdə mən can qoyanda, indikilərin biri xiyar-pomidor satırdı, biri beton zavodundan fəhlə işləyirdi. Ən qorxulu vaxtlarda dediyim meyxanaya görə polis bölməsinə aparırdılar ki, bu sözü niyə demisən? Bu boyda əziyyət çəkmişəm, sadəcə, adı mənim olub, dadı başqalarının. Yığılıb efirə danışırlar, camaat da elə bilir ki, bunlardan başqası yoxdur".Qeyd edək ki, Rəhman Basılmaz 90-cı illərin məşhur meyxanaçısı olub. Milli.Az