Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin İzmir vilayətində yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, svetoforda dayana bilməyən yük maşını avtobusa çırpılıb.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Onlardan 4 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin