Azərbaycanın iki kəndindən Rusiya vətəndaşlarının Dağıstana köçürülməsi başa çatıb

Azərbaycanın iki kəndindən Rusiya vətəndaşlarının Dağıstana köçürülməsi başa çatıb
16:36 16 Yanvar 2019
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycanın Xrax-Uba və Uryan-Uba kəndlərində yaşayan 350-yə yaxın Rusiya vətəndaşının Dağıstana köçürülməsi başa çatıb.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Şimali Qafqaz işləri üzrə naziri Sergey Çebotaryov deyib.

Qeyd edək ki, dövlət sərhədi ilə bağlı Rusiya ilə Azərbaycan arasında 2010-cu ildə imzalanmış saziş nəticəsində Xaçmaz rayonunun ərazisində yerləşən Dağıstanın iki kəndi Azərbaycana təhvil verilib.

2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin kənd sakinlərinin Rusiyaya köçürülməsi ilə bağlı tapşırıq vermişdi.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/politics/3006456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR