Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
"Hava şəraitinin ən kəskin dövrü günün ikinci yarısı və axşama doğru proqnozlaşdırılmışdı. Küləyin maksimal sürəti məhz axşam saatlarında müşahidə olunub. Abşeron yarımadasında yerləşən hidrometreoloji şəbəkədən gələn məlumatlara görə, küləyin maksimal sürəti saniyədə 40 metrə çatır. Müşahidə olunan hava şəraiti ifrat təhlükəli hidrometreoloji hadisə kimi qiymətləndirilir. Bununla da bizim xəbərdarlığımız özünü tam doğruldub. Sosial şəbəkələrdə müəyyən bir müzkirələr aparılır, hava ilə bağlı xəbərdarlığın nədən şişirdilməsi barədə fikirlər səsləndirilir... Dünən xoş və anomal hava şəraiti var idi. Yanvar ayı üçün ənənəvi olmayan hava şəraiti müşahidə olunurdu. Bəzi yerlərdə temperatur 17-18 dərəcəyə kimi yüksəlmişdi. Bizim məqsədimiz ondan ibarət idi ki, əhali üçün hava şəraitinin çox kəskin dəyişməsi gözlənilməz olmasın. Artıq yanvarın 16-da Nazirlər Kabinetində ifrat təhlükəli hidrometreoloji hadisə ilə bağlı müşavirə keçirildi. Bütün dövlət orqanlarına tapşırıqlar və tövsiyələr verildi. Bununla da bütün dövlət təşkilatları kəskin havanın kəskin dəyişməsinə hazırlıqlı oldular. Buna görə də hesab edirəm ki, biz üzərimizə düşən vəzifəni yerinə yetirmiş olduq. Bəzi suallar yaranır ki, məktəblərdə dərslər niyə dayandırıldı. Bu, bizim səlahiyyətimizə aid olan məsələ deyil. Bizim vəzifəmiz ondan ibarətdir ki, gözlənilən hər hansı bir kəskin hava şəraiti haqqında, xüsusən də ifrat təhlükəli hidrometreoloji hadisə haqqında dövlət təşkilatlarını və əhalini məlumatlandıraq, baş verə biləcək fəsadları minimuma endirək. Artıq paytaxtda müəyyən fəsadlar müşahidə olunub, çox kəskin proses qeydə alınıb. Dövlət qurumları hazırlıqlı olduqlarını göstərdilər, - Umayra Tağıyeva bildirib.
https://www.youtube.com/watch?v=ZkWQSa1dh2I&feature=youtu.be