Apreldə Rusiya iş adamlarının Azərbaycana biznes missiyası baş tutacaq

Apreldə Rusiya iş adamlarının Azərbaycana biznes missiyası baş tutacaq
13:12 18 Yanvar 2019
30 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 18 yanvar. REPORT.AZ/ Aprel ayında Rusiya iş adamlarının Azərbaycana biznes missiyası baş tutacaq.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rusiyalı iş adamlarının ölkəmizə biznes missiyası 4-6 aprel tarixlərində baş tutacaq. Biznes missiyanın təşkilatçısı Rusiya Kiçik və Orta İxracatçıları Assosiasiyasıdır.
Belə ki, assosiasiya tərəfindən biznes missiyada hər bir iştirakçı şirkət üçün potensial tərəfdaşların axtarışı həyata keçirilir və maraqlı olan xarici şirkətlərlə danışıqlar təşkil edilir.
Məlumatda deyilir ki, bundan başqa, biznes missiyanın iştirakçıları üçün milli ticarət nümayəndəliyinə, biznes assosiasiyalara səfərlər, nazirlik və qurumların, işgüzar birliklərin və ticarət-sənaye palatalarının nümayəndələri ilə görüşlər təşkil ediləcək.
Qeyd edək ki, 2018-ci ildə Rusiyanın Kiçik və Orta İxracatçılar Assosiasiyası tərəfindən Rusiya ixracatçıları üçün 30-dan artıq işgüzar missiya təşkil edilib. İş adamları öz potensialını Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Çin, Vyetnam, Özbəkistan və Belarusda təqdim ediblər və özlərinə tərəfdaş tapıblar. 2019-cu ildə isə Assosiasiya coğrafiyasını daha da genişləndirir. Ənənəvi istiqamətlərdən başqa, bu il assosiasiya Azərbaycan, Türkiyə, Monqolustan və Tacikistana da biznes missiyalar təşkil edəcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/aprelde-rusiya-is-adamlarinin-azerbaycana-biznes-missiyasi-bas-tutaca

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR