Sevgilisinin hücumuna məruz qalan qadının 10 il əvvəlki fotosu şok etdi

10 il əvvəlki halı ilə indiki halını yan-yana qoyaraq sosial mediada fotolar paylaşanların sayı artmağa davam edir.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bir çox məşhurun da qatıldığı trendin ən məşhur iştirakçısı isə Londonda yaşayan Katie Piper adlı qadın olub. 2008-ci ildə köhnə sevgilisi tərəfindən xlor hücumuna məruz qalan Katie üzündə və boynunda yaranan yanıqlarla mübarizə aparmağa başlayıb.

25 yaşında məruz qaldığı hücumdan sonra bir gözünü itirən və günlərlə komada qalan gənc qadın 100-dən çox əməliyyat keçirib. Sağlamlığına qovuşduqdan sonra isə öz adına vəqf quraraq bütün xlor hücumuna məruz qalan qadınlara dəstək olub.

10 il içində nə qədər dəyişdiyini göstərmək üçün trendə qoşularaq bir foto paylaşıb və "Köhnə və yeni fotolarınızı qarşılaşdırdıqda narahat olmayın. Həyatın əslində nə qədər dəyərli olduğunu və insan bədəninin nə qədər mükəmməl olduğunu bilin" şərhini yazıb. Fotoya çox sayda bəyənmə və şərhlər gəlib.




http://matbuat.az/news/1111927/100-milyard-dollar-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR