Bakı. 18 yanvar. REPORT.AZ/ OPEC Katibliyi OPEC+ formatı çərçivəsində dekabrın 7-də Vyana razılaşmasına əsasən ölkələr üzrə neft hasilatının nə qədər azaldılacağı haqqında məlumat yayıb.
“Report” xəbər verir ki, OPEC və OPEC+ ölkələrində 2019-cu ilin ilk yarısında gündəlik hasilat 1,195 mln. barel azalaraq 43,874 mln. barelə çatdırılmalıdır.
O cümlədən OPEC ölkələrində gündəlik hasilat 812 min barel azalmaqla 25,937 mln. barel, qeyri-OPEC ölkələrində 383 min barel azalmaqla 17,937 mln. barel təşkil etməlidir. Azərbaycan gündəlik hasilatı 20 min barel azaldaraq 776 min barel səviyyəsinə çatdırmalıdır.
Dərc olunan məlumata görə, Əməkdaşlıq Bəyannaməsi iştirakçısı ölkələri 2018-ci ilin noyabr ayında saziş şərtlərini aylıq 98%səviyyəsində yerinə yetiriblər. 2017-ci ilin noyabr ayından keçən dövr ərzində hasilatın azaldılması sazişi 116% səviyyəsində icra olunub.
OPEC ölkələri (gündəlik milyon barel)
Ölkə Hesablama səviyyəsi Azalma Yeni göstərici
Anqola 1.528 0.047 1.481
Birləşmiş Ərəb Əmirlikləri 3.168 0.096 3.072
Əlcəzayir 1.057 0.032 1.025
Ekvador 0.524 0.016 0.508
Ekvator Qvineyası 0.127 0.004 0.123
İraq 4.653 0.141 4.512
Konqo 0.325 0.010 0.315
Küveyt 2.809 0.085 2.724
Qabon 0.187 0.006 0.181
Nigeriya 1.738 0.053 1.685
Səudiyyə Ərəbistanı 10.633 0.322 10.311
Cəmi 26.749 0.812 25.937
Qeyri-OPEC ölkələri (gündəlik milyon barel)
Ölkə Hesablama səviyyəsi Azalma Yeni göstərici
Azərbaycan 0.796 0.020 0.776
Bəhreyn 0.227 0.005 0.222
Brunei 0.131 0.003 0.128
Cənubi Sudan 0.132 0.003 0.129
Qazaxıstan 1.900 0.040 1.860
Malaysiya 0.627 0.015 0.612
Meksika 2.017 0.040 1.977
Oman 0.995 0.025 0.970
Rusiya Federasiyası 11.421 0.230 11.191
Sudan 0.074 0.002 0.072
Cəmi 18.320 0.383 17.937