Bakı, 30 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Nərimanov rayonu Bağça-Məktəb-Lisey Kompleksində şagirdlər arasında fizika fənnindən olimpiada keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, olimpiada Nərimanov rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinifləri arasında təşkil olunub.
Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə keçirilən olimpiadanin sualları institutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlanıb.
Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I, II və III dərəcəli diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Seçilmiş iştirakçılara isə həvəsləndirici diplomlar veriləcək.

Fizika fənni üzrə olimpiadanın qalibləri mükafatlandırılacaqlar