Çempion baş məşqçi "Qəbələ"yə dönüb

Çempion baş məşqçi "Qəbələ"yə dönüb
16:17 21 Yanvar 2019
39 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 21 yanvar. REPORT.AZ/ Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi postundan ayrılan Famil Xəlilov “Qəbələ” klubuna dönüb.
“Report” əyalət təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, gənc mütəxəssis yenidən “Qəbələ”nin U-19 komandasına rəhbərlik edəcək. 2017/2018 mövsümündə bu komanda ilə Azərbaycan çempionu olan Xəlilov ötən ilin avqustunda U-19-dan ayrılaraq, Azərbaycan millisində işə başlamışdı.
Beş aydan sonra “Qəbələ”yə qayıdan mütəxəssis U-19-da Emin İmaməliyevi əvəzləyib.
Qeyd edək ki, İmaməliyev karyerasını 2001-2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisində məşqçi kimi davam etdirəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/cempion-bas-mesqci-yeniden-qebele-de

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR