Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Televiziya və Radioyayım üzrə Ali Şurasının rəhbəri İlhan Yerlikaya istefa verib.

Trend-in məlumatına görə, onun istefasının səhhəti və ailə problemləri ilə bağlı olduğu bildirilib.

Yaxın günlərdə Türkiyə Prezidenti tərəfindən boş qalmış həmin vəzifəyə təyinat olacağı gözlənilir.

Qeyd edək ki, İ.Yerlikaya 2015-ci ildən Türkiyənin Televiziya və Radioyayım üzrə Ali Şurasının rəhbəri vəzifəsini tutub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin