“Report” xəbər verir ki, iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilmiş kollegiya iclasında bildirilib ki, 2019-cu ildə 19 xarici ölkəyə 25 ixrac missiyası həyata keçiriləcək.
Bundan başqa, 11 beynəlxalq sərgidə Azərbaycan vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək.