Novruz Məmmədov 3 nazirliyə tapşırıq verdi: Yeni qurum yaradılacaq

Novruz Məmmədov 3 nazirliyə tapşırıq verdi: Yeni qurum yaradılacaq
16:03 23 Yanvar 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycanda yeni dövlət agentliyi yaradılacaq.

Axar.az xəbər verir ki, bu, prezident İlham Əliyevin imzaladığı "İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” fərmanda əksini tapıb.

Baş nazir Novruz Məmmədov fərmanın icrası ilə bağlı müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin nizamnaməsinin və strukturunun layihəsini, o cümlədən nizamnamə fondunun miqdarı barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir. Eyni zamanda Agentlik tərəfindən ixracatçılara və investorlara göstərilən xidmətlərin siyahısı barədə təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/iqtisadiyyat/267191.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR