Emin Ağalarov: "ABŞ-ın mənə qarşı olan bütün ittihamları fantastikadır"

Emin Ağalarov: "ABŞ-ın mənə qarşı olan bütün ittihamları fantastikadır"
16:17 23 Yanvar 2019
51 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 23 yanvar. REPORT.AZ/ "ABŞ tərəfindən ünvanıma yönələn bütün ittihamlar fantastikadır"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu müğənni Emin Ağalarov "Rossiya 24" telekanalına müsahibəsində deyib.
Daha əvvəl musiqiçinin vəkili Skott Balber NBC telekanalına açıqlamasında ABŞ-ın "Rusiya işi" üzrə xüsusi prokuroru Robert Müllerin rusiyalı müğənni Emin Ağalarovun dindirilməsini tələb etdiyini bildirib. Dünən E.Ağalarov "Twitter"də ondan asılı olmayan səbəblərdən ABŞ və Kanadaya qastrollarını ləğv etdiyini açıqlayıb.
"Heç bir qanunu pozmamışam, gizlədəsi bir şeyim yoxdur. Məni hardasa saxlayıb kameraya qoysalar, nə edə bilərəm? Yəqin taleyim belədir. Əlbəttə, bunun baş verməsini istəmirəm, amma nə edə bilərəm?! Amma yenə deyirəm ki, heç bir sərhəd, qanun pozmamışan, bunlar hətta gülməlidir. Müzakirə olunanlar fantastika aləmindədir", - E.Ağalarov deyib.
ABŞ mətbuatının yazdığına görə, ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp 2016-cı ilin iyun ayında "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu Emin Ağalarovun vasitəçiliyi ilə rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşüb. İddialara görə, Veselnitskayanın Kremldə əlaqələri olub və oğul Tramp ondan Hillari Klinton haqqında kompromat məlumatlar istəyib.

Xəbərin orijinal ünvanı: https://report.az/medeniyyet-siyaseti/emin-agalarov-abs-in-mene-qarsi-olan-ittihamlari-fantastikadir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR