“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə prokurorluğun sözçüsü Aleş Tsimbala məlumat verib.
Onun sözlərinə görə, müvafiq sənədlər araşdırıldıqdan sonra ekstradisiyanın mümkün və ya qeyri-mümkünlüyünə dair təklif verə biləcəklər.
Çex Respublikası qanunlarına görə, əcnəbilərin ekstradisiyasına dair qəti qərar vermək səlahiyyəti ədliyyə nazirinə məxsusdur.
Qeyd edək ki, Praqada ötən il dekabrın 7-də saxlanılan 31 yaşlı N.Sarqisyana qarşı vətənində narkotik dövriyyəsi, qanunsuz silah saxlamaq, işgəncə vermək ittihamları irəli sürülüb.