Yunanıstan və Albaniya ərazisində TAP layihəsi çərçivəsindəki işlərin 98 faizi görülüb

Yunanıstan və Albaniya ərazisində TAP layihəsi çərçivəsindəki işlərin 98 faizi görülüb
13:52 24 Yanvar 2019
25 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 24 yanvar. REPORT.AZ/ "Azərbaycan təbii qazını Avropaya nəql edəcək Trans Adriatik boru kəməri (TAP) layihəsi ilə bağlı Yunanıstan və Albaniya ərazilərində boruların döşənməsi işlərinin 98 faizi görülüb".
“Report” TAP konsorsiumuna istinadən xəbər verir ki, bu, TAP xəttinin iki ölkə ərazisində 765 kilometrlik hissəsinin 758 kilometri deməkdir.
“Bundan sonra boru kəməri yer səthindən ən azı bir metr dərinliyində çəkiləcək və ona görə də görünməyəcək”, – konsorsiumun məlumatında bildirilir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.
“Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik dənizi, 8 km-i isə Cənubi İtaliya ərazisindən keçəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.
Yunanıstanın Saloniki şəhərində 2016-cı il mayın 17-də TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/yunanistan-ve-albaniyada-tap-layihesile-bagli-islerin-98-faizi-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR