İrqçiliyə məruz qalan futbolçu həbs olundu - Qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur

İrqçiliyə məruz qalan futbolçu həbs olundu - Qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur
14:57 24 Yanvar 2019
47 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin "Fulhem" klubunun futbolçusu Abubakar Kamara həbs olunub.Milli.Az report-a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu qəsdən sağlamlığa zərər vurmaqda ittiham olunur. İnsident yanvarın 21-də London təmsilçinin bazasında baş verib. Fransalı forvard gələcək karyerasını müzakirə etmək üçün "Fulhem"in icraçı direktoru Alister Makintoşla görüşə gələn zaman mühafizəçilərlə dalaşıb.İnsidentlə bağlı klub rəsmi saytında yerləşdirilən açıqlamada bildirilir ki, Kamaranın klubun Motspur Parkdakı bazasına girişi qadağandır: "Hadisəyə dərhal müdaxilə etdikləri üçün polis əməkdaşlarına minnətdarıq. Futbolçunun kluba aid tədbirlərdə iştirakı da qadağandır. Təhlükəsiz əmək şəraitinin təmin olunması naminə istintaqla sıx əməkdaşlıq edəcəyik".Qeyd edək ki, Kamara daha əvvəldə klub tərəfindən inzibati cəzalarla üzləşib. O, Premyer Liqanın XX turunda "Haddersfild" ilə matçın 82-ci dəqiqəsində topu komanda yoldaşı Aleksandr Mitroviçdən alaraq penaltini qeyri-dəqiq yerinə yetirdiyi üçün irqçi təzyiqlərə məruz qalıb.Milli.Az

Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/724212.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR