Tarixin sonuna İKİ AY QALDI: Xruşov 63 il əvvəl söz vermişdi – ŞOK SSENARİ

Tarixin sonuna İKİ AY QALDI: Xruşov 63 il əvvəl söz vermişdi – ŞOK SSENARİ
15:08 24 Yanvar 2019
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “New American Journal” nəşri “Rusiya tək atəşsiz Amerikanın öhdəsindən gəldi” adlı məqaləsini dərc edib.

Publika.az xəbər verir ki, məqalədə jurnalistlər ABŞ-ın gələcəyini çəkiblər və super dövlətin qürubunu təsvir ediblər.

Sonun başlanğıcı

Jurnalistlərin fantaziyasına görə, hər şey tezliklə başlanacaq. ABŞ-da iki ay sonra Donald Trampı ifşa edəcəklər. Trampın Rusiya ilə əlaqələrini araşdıran xüsusi prokuror Robert Müller araşdırmanın nəticələrini açıqlayacaq: ABŞ prezidenti Rusiyanın əsl gizli agentidir. O, əməkdaşlığa cəlb edilmişdi, Kremldə hazırlanmışdı və Ağ Evə atılmışdı. Bütün Amerika qəzetləri belə başlıqlarla çıxacaq: “Tramp satqın”.

Və bəzi nəşrlər SSRİ-nin keçmiş lideri Nikita Xruşovdan sitat gətirəcəklər. Həmin sözlərin 1956-cı ildə qərb ölkələrinin səfirləri qarşısında deyildiyi bildirilir: “Biz tək atəşsiz Amerikanı alacağıq. Biz sizi alacağıq”.

“Mən kommunizmi qurub, kapitalizmin məzarını ziyarət edəcəyəm” deyən Nikita Xruşov öz arzusuna çatmadı. Lakin indi “Peyğəmbərlik həyata keçdi!” jurnalistlər qışqıracaqlar və bu, sonun başlanğıcı olacaq.

Respublikaçılar Partiyası dağılacaq

Hadisələr ABŞ-ı sürətlə uçuruma aparacaq. Robert Müllerin araşdırmasının nəticələrinin dərcindən sonra Senat istefa verməyə məcbur olacaq. Orada yerlərin əksəriyyətini tutan respublikaçılar özlərini “satqın prezident”in partiyasıyla daha bağlaya bilməzlər. Senatdan sonra onlar Nümayəndələr Palatasını da tərk edirlər. Respublikaçılar Partiyası dağılır. Partiyada problemlər çoxdandır var, amma Trampın “xəyanəti” hər şeyin axırına çıxır.

Əlbəttə, demokratlar Trampı impiçmentlə hədələyir. Amma o, təslim olmaq niyyətində deyil. Prezident ittihamları qəbul etmir və şatdaunu dayandırmır. Yəni, bütün dövlət idarələrinin işi əvvəlki kimi dayandırılıb. ABŞ hakimiyyəti iflic olub.

Dünyanın əsas valyutası kimi iflic edilib. Dolların kursu bir gün ərzində 30 faizdən yuxarı düşür və ümumdünya maliyyə bazarında geridönməz mexanizmlərə yol açır. Əsas Amerika şirkətləri qiymətini sürətlə itirir.

Ümumölkə tətilləri

Dayandırılmayan şatdaun bütün ölkə üzrə tətillərə gətirib çıxarır. İnsanlar ödənilməmiş məzuniyyətlərə göndərilir və onlar daha gözləyə bilmirlər. Poçt işçiləri, onların arxasınca dəmiryolçular, polislər və təhlükəsizlik xidmətinin əməkdaşları tətil edirlər. Ölkə yerində dayanıb: təyyarələr heç bir yerə uçmur, qatarlar depoda qalır. Kibertəhlükəsizliyin əməkdaşları da tətil edirlər, ABŞ-ın serverlərinə Çin, Rusiya və Koreya Xalq Demokratik Respublikasından olan hakerlər hücum edilər.

Dinc nümayişlər talanlara çevrilir. Soyğunçular mağazaları qarət edir və avtomobilləri yandırır. Polis xidməti buraxılıb və qiyamçıları dayandıracaq heç kim yoxdur. Yalnız ordu vəziyyətin öhdəsindən gələ bilər. Amma konstitusiya üzrə ABŞ ərazisində ordudan istifadə oluna bilməz. Fürsətdən istifadə edərək, Donald Tramp 2020-ci il seçkilərini ləğv edir və ölkədə hərbi vəziyyət tətbiq edir.

Xaos və tarixin sonu

Amerika vətəndaş qarşıdurması xaosu başlayır. Sakinlərin bir yarısı əvvəlki hüquqlar dəstəkləyir. Başqaları hesab edirlər ki, sabitlik indi daha əhəmiyyətlidir. ABŞ-da bir neçə ay ərzində vətəndaş müharibəsi başlanır. Ölkə dünya bazarında lider mövqelərini itirir. Onun iqtisadiyyatı azalmaqdadır. Dünya müqavilələri üzrə sistemi dağılır. Amerika öz daxili işləriylə məşğul olur. Və təsir sahələrinin yenidən bölüşdürülməsi gedir, başqa ölkələr mövqelərini möhkəmlədirlər.

Nəzəriyyədə hadisələri inkişaf etdirmək olar, amma unutmayın, bu Amerika jurnalistləri tərəfindən fikirləşilmiş fərziyyədir. Onlar hesab edir ki, Müllerin araşdırılması belə nəticələr verəcək.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/267300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR