“Report”un xəbərinə görə, o, bu fikirlərlə razı olmadığını deyib.
“İnsanlar hesab edirlər ki, bu qiymətlər yalnız imtahanda təqdim olunan kitabçanın kağızının qiymətidir. Amma elə deyil. İmtahan çox mürəkkəb elmi-metodiki prosesdir. İmtahan məzmununun hazırlanması, keçirilməsi, loqistik, təhlükəsizlik və s. məsələlərin hamısı vəsait tələb edir. Təəssüf ki, müəyyən insanlar bu prosesə çox sadə baxırlar”, - M.Abbaszadə vurğulayıb.
O əlavə edib ki, bəzi hazırlıq kursları DİM-in təşkil etdiyi sınaq imtahanlarına öz müəllimlərini, dinləyicilərini göndərirlər: “Onlar da imtahandan kitabçanı götürürlər və sonra həmin material əsasında intellektual məhsulumuzu istifadə edirlər. Nəticədə bəzi kurslar elmi işə heç bir vəsait sərf etmirlər”.