Türkiyənin Mardin şəhərində maraqlı hadisə yaşanıb.

Metbuat.az xəbər verir ki, evində qoyun saxlayan şəxs heyvanın sütünün günü-gündən azaldığını hiss edib və şübhələnməyə başlayıb. Bunun ardınca ev sahibi gecə tövlədə növbə çəkməyə başlayıb və gecəyarısı tövlədəki digər heyvanın-buğanın qoyunun südünü içdiyini görüb.

Gördüklərindən şoka düşən şəxs həmin anı telefonunun kamerası ilə çəkib və sosial şəbəkələrdə paylaşıb.