PKK üzvləri Türkiyənin İraqın şimalındakı hərbi bazasına hücum ediblər.
Metbuat.az-ın Türkiyə mənbələrinə istinadən məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.
Məlumatda deyilir: "PKK terror təşkilatının təxribatı nəticəsində bizim İraqın şimalında bazamıza hücum olunub. Hücum zamanı nəqliyyat vasitələrinə zərər dəyib. Lazımi tədbirlər görülüb".