Ermənistan öz ordusunda xidmət keçənlərin sayını artırmaq üçün böyük xərc çəkməlidir.

Metbuat.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib.

Bildirib ki, hazırda məlum səbəblərdən (Dağlıq Qarabağ münaqişəsi) Ermənistan böyük orduya sahib olmalıdır. Lakin ölkə əhalisinin azsaylı olması ordu sıralarının genişləndirilməsinə mane olur. Bu səbəbdən də, daha çox müqavilə əsasında hərbi xidmət keçilməsinə üstünlük verilməlidir. Amma bunun üçün Ermənistan büdcəsində pul çatışmır.

“Bizim bütün beynəlxalq standartlar üzrə əhalinin sayı ilə qeyri-mütənasib ordumuz olmalıdır. Bunun üçün biz təcili icbari və müqaviləli hərbi xidmət sistemini təkmilləşdirmək naminə hər şeyi edirik. Çünki başqa variantımız yoxdur. Amma tam müqaviləli hərbi xidmətə keçmək üçün bu gün heç bir maliyyə imkanımız yoxdur” – Tonoyan vurğulayıb.

DİQQƏT! Bu balıqları YEMƏYİN - QURD VAR - Oxumaq üçün tıkla