Bu barədə "Report"a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, bu gün Aran Regional Enerji Təchizatı və Satışı İdarələrinin inzibati ərazilərindən Beyləqan rayonuna avadanlıqlar yola salınıb: "Dəmir-beton dayaqlar, elektrik veriliş və kabel xəttləri Beyləqan çatdırılıb. Rayonun bir neçə kəndində artıq yenidənqurma işləri aparılıb. "Beyləqan-1" 110kV-luq yarımstansiyası yaxın vaxtlarda istismara veriləcək. Bu proses il ərzində bütün regionlarda həyata keçiriləcək".
Qeyd edək ki, ötən il 119 kənddə 0,4kV-luq şəbəkələrdə yenidənqurma işləri aparılıb. İstehlakçıların sayğacları da daxil olmaqla elektrik verilişi xəttləri yenilənib. Ağac dayaqlar dəmir-beton dayaqlara əvəzlənib.