Bu barədə “Report”a klubdan məlumat verilib. Bildirilib ki, qəsəbə təmsilçisi 27 yaşlı malavili hücumçu ilə 6 ay + 1 il formasında sözləşmə imzalayacaq.
Nqalandenin son klubu Cənubi Afrika Respublikasının “Baroka” klubu olub. O, daha öncə bu ölkənin “Vits Yuniversiti”, “Platinum Stars”, Keyptaun “Ayaks”ı və İspaniya “Atletiko”sunun gənclər komandasında çıxış edib.
Qeyd edək ki, “Zirə” bir müddət əvvəl Mfo Kqasvane, Xulio Sezar Rodriqez Ximenes və İsmail Fofananı heyətinə qatıb.