“Wi-Fi” şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlanıb

“Wi-Fi” şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlanıb
10:35 1 Fevral 2019
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (МІТ) alimləri “Wi-Fi” şəbəkəsinin siqnallarından enerji alan qurğu hazırlamağa başlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, yeni qurğu transformasiya edilən radiotezlik antenası sayəsində elektromaqnit dalğalarını, o cümlədən “Wi-Fi” siqnallarını dəyişən elektrik cərəyanı kimi udmağa imkan verir.

Bildirilir ki, antena dəyişən cərəyanı sabitə çevirən bir neçə atom qalınlığında ikiölçülü yarımkeçiriciyə qoşulur. Texnologiya “hava” vasitəsilə enerji ilə təmin ediləcək akkumulyatorsuz mobil qurğular yaratmağa imkan verəcək.

İxtira müəllifi Tomas Palasios bildirib: “Biz “Wi-Fi” enerjisini toplamaqla ətrafdakı bütün obyektləri “ağıllı” qurğuya çevirməyə imkan verəcək gələcəyin mürəkkəb elektron sistemlərini enerji ilə təmin etmək üçün yeni üsul hazırlamışıq”.

Bundan başqa, radiosiqnal dəyişdiricisi elastik smartfonlar, “Əşyalar interneti” qurğuları, eləcə də tibbi implantlar texnologiyası üçün plyonka şəklində buraxıla bilər.  

Nizam Nuriyev




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-58992-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR