Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Açıq Hökumət Məlumatları” portalını təqdim edib

12:12 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 14 Yanvar 2015 12:08 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən "E-government 3.0 - Açıq hökumət, açıq məlumatlar, açıq servislər” mövzusunda www.data.gov.az - Açıq Hökumət Məlumatları portalının təqdimatı keçirilir.

 

APA-Economics”in verdiyi xəbərə görə, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, www.data.gov.az portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumat bazalarını asanlıqla tapa, fərdi yönümlü xidmətlərin hazırlanması üçün istifadə edə biləcəklər.

 

“Nəzərdə tutulub ki, şirkətlərə, “start up”lara, istifadəçilərə xüsusi proqram modulları verilməlidir ki, dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təmin etmək üçün tətbiqi proqramların işlənilməsinə şərait yaratmaqdır. Vətəndaşlar üçün hazırlanan bu proqramlar müxtəlif dövlət informasiya mənbələrindən istər internet üzərindən, istər mobil qurğular vasitəsilə istədikləri məlumatı əldə edib öz məqsədləri üçün istifadə edə biləcəklər”, - deyə E. Vəlizadə qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369011

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR