Bakı, 1 may, AZƏRTAC
MC&S-in media monitorinq qrupu ötən ay üzrə məlumatların hesabatına yekun vurub. Məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb. Monitorinq qrupu 10 televiziya, 55 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən enerji-yanacaq, telekommunikasiya, bank, sığorta, otelçilik və turizm, inşaat, ərzaq, tibb, içki, avtomobil, təhsil və s. sahələrin media monitorinqini aparır.
Monitorinq qrupundan AZƏRTAC-a verilən məlumata görə, məlumatların sayına görə mobil rabitə şirkətləri arasında “Azercell Telekom” MMC (878 məlumat), banklar arasında ABB (1056 məlumat), sığorta şirkətləri arasında AXA MBASK (155 məlumat), ali məktəblər arasında BDU (1069 məlumat), otel və biznes mərkəzləri arasında “Fairmont Baku” (125 məlumat) irəlidədir.
Nəticələr https://www.facebook.com/MediaConsultingServices səhifəsində yerləşdirilib.