Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının tabeliyində yaradılan təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq.
Metbuat.az-ın əldə etdiyi xəbərə görə yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Bildirilib ki, cəmiyətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib və bu cür qurumlar bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.
Qərara əsasən, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin Nizamnaməsinin təsdiq edilməsi və dövlət qeydiyyatına alınması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi təmin ediləcək.
Şamaxıdakı zəlzələdən GÖRÜNTÜLƏR yayıldı - Oxumaq üçün tıkla