Aleksander Çeferin yenidən UEFA prezidenti seçilib
Paylaş
94 baxış·1 dəq oxu
Bakı. 7 fevral. REPORT.AZ/ İtaliyanın paytaxtı Romada keçirilən 43-cü Konqresdə UEFA prezidenti postuna seçki keçirilib. "Report" qurumun saytına istinadən xəbər verir ki, Aleksandr Ceferin növbəti 4 il müddətinə bu vəzifəyə seçilib. Sloveniyalı funksioner seçkidə yeganə namizəd olub. Qeyd edək ki, Aleksandr Çeferin UEFA-ya 14 sentyabr 2016-cı ildən rəhbərlik edir.