Sumqayıtda 25 yaşlı gənc özünü asaraq öldürmək istəyib

Sumqayıt şəhərində intihara cəhd hadisəsi olub.

Metbuat.az-ın report.az-a istinadən verdiyi məlumata görə, hadisə şəhər 76-cı məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1994-cü il təvəllüdlü Bünyadzadə Xəyyam Teymur oğlu 76-cı məhəllədə özünü kəndirlə asaraq intihara cəhd edib. Mənzilə daxil olan yaxınları gənci asılmış vəziyyətdə görüblər. Dərhal xəstəxanaya çatdırılan Xəyyam Bünyadzədə reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR