"Report"un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan İ.Hüseynov məhkəmə zalında həbs olunub.
Qeyd edək ki, İ.Hüseynov mübahisə zəminində tanışı Pərvin İsayevi dəmir aləti ilə başına vurub. İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.