Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun 90 yaşı tamam olub.
Metbuat.az xəbər verir ki, qocaman netçini 90 illik yubileyi münasibəti ilə SOCAR-ın vitse-prezidenti David Məmmədov və şirkət rəhbəliyinin nümayəndələri evində ziyarət edib. SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırıblar. Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs etmiş, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.
R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesi ilə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlamış, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəldilib. 25 il Neftayırma və neft kimyası müəssisələrinin layihəndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, “Şöhrət”, Azərbaycanın əməkdar səmərələşdiricisi fəxri adına və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.